“Qarabağ” rəsmisindən Qaranın baxımlı qoluna MARAQLI REAKSİYA

2 Fevral 2023 23:00 Premyerliqa 810
“Qarabağ” rəsmisindən Qaranın baxımlı qoluna MARAQLI REAKSİYA

Premyer Liqanın 20-ci turunda lider “Qarabağ” çempionatın sürpriz komandasına gücünü göstərdi.

Ağdamlılar “Azersun Arena”da baş tutan qarşılaşmada “Şamaxı”nı 3:1 hesabı ilə məğlub etdi.

Oyunda ən yaddaqalan an Qara Qarayevin vurduğu qol zamanı yaşandı. Son vaxtlar Canni de Byazinin Azərbaycan millisinə cəlb etmədiyi yarımmüdafiəçi 47-ci dəqiqədə baxımlı qola imza atdı.

Qara topu rahatlayıb raket zərbəsi ilə “9-luğ”a sancmaqla çempionatın ən gözəl qollarından birinin müəllifinə çevrildi.

Həmin an komanda yoldaşlarından təbrik alan Qarayev matç başa çatandan sonra “instagram”da izləyicilərinin təbriklərini qəbul edib.

Müxtəlif səpkili təbriklərin arasında “Qarabağ” rəsmisinin yazdığı şərh diqqət çəkib.

Belə ki, “köhlən atlar”ın türkiyəli masajçısı Oktay Berkada mükəmməl qola bu cür reaksiya verib:

“O nə zərbədir, qardaşım? Hörümçək torunu təmizlədin. Maşallah!”

Qara Qarayev cari Premyer Liqa mövsümündə meydana çıxdığı 14 matçda 1 qol vurub, 2 məhsuldar ötürmənin müəllifi olub.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti