"İnkişaf etmək istəyiriksə..." - Ayxan Abbasov

1 Oktyabr 2022 17:55 Premyerliqa 400
"İnkişaf etmək istəyiriksə..." - Ayxan Abbasov

Premyer Liqanın 8-ci turunun "Turan Tovuz"- "Zirə" matçından sonra ev sahiblərinin baş məşqçisi Ayxan Abbasovun mətbuat konfransı keçirilib.

Sportinfo.az xəbər verir ki, Abbasov komandasının 1:3 hesablı məğlubiyyəti barədə danışıb:

"Azarkeşlərimizə təşəkkür edirəm. Məğlub olmağımıza baxmayaraq bizi sona qədər dəstəklədilər. Çünki buna ehtiyacımız var. Doğrudu, xal qazana bilərdik. İlk qolu da biz vurduq. Təəsssüf ki, iki səhv futbolçularımıza psixoloji tərəfdən təsir etdi. İkinci yarının ilk dəqiqələrində qol buraxmağımız bütün planlarımızı pozdu. Sistemdə də dəyişiklik etdik, hücumameyilli futbolçuları meydana buraxdıq, şanslarımızı axtardıq. Amma təəssüf ki, rəqibin müdafiəsini yara bilmədik".

Abbasovun fikrincə inkişaf etmək üçün hazırkı perioddan da keçmək lazımdı: "Belə məğlubiyyətlər olacaq. Yeni komandayıq, inanıram ki, oyundan-oyuna artıracağıq. Çünki oturuşmuş heyətə malik komandalara qarşı mübarizə aparmaq çətindi. Amma inkişaf etmək istəyiriksə, bu cür oyunlardan keçməliyik. Qarşıdakı oyunlara hazırlaşacağıq. Çünki çətin qrafikimiz var. Beş oyun oynayacağıq, ikisi səfərdədi, biri evdə. Çalışacağıq ki, həmin oyunlarda xal qazanaq"

Digər Xəbərlər
Xəbər Lenti