Eyni gündə, eyni saatda 4 oyun – “CBC Sport” nə edəcək?

14 May 2022 21:00 Premyerliqa 1 915
Eyni gündə, eyni saatda 4 oyun – “CBC Sport” nə edəcək?

Premyer Liqanın son 2 turunun oyunları eyni gündə, eyni saatda başlayacaq.

Çempionatdakı rəqabəti və komandalar arasındakı gərgin mübarizəni nəzərə alan Peşəkar Futbol Liqası bu qərarı qəbul edib.

Ki, komandaların bir-birindən xəbəri olmasın, bir matçın nəticəsi digərinə təsir etməsin, qısası, futbol ədaləti qorunsun.

Mayın 15-də baş tutacaq 27-ci turun 4 görüşünün hamısı eyni saatda – 17:00-da start götürəcək.

Bu isə istər-istəməz “CBC Sport”un planlarına təsir edir.

Maraqlıdır, belə vəziyyətdə telekanal rəsmiləri nə etməyi düşünür? Hansı oyun(lar) canlı yayımla təqdim olunacaq?

Məsələyə aydınlıq gətirmək üçün “CBC Sport”un baş redaktoru Şəmsəddin Abbasovla əlaqə saxladıq. Telekanal rəsmisi Sportinfo.az-a açıqlamasında bu haqda verilən qərardan danışdı:

“Bu, ilk belə hal deyil. Buna qədər də çempionatda bu mənzərəyə şahidlik etmişik. “CBC Sport” telekanalı canlı yayımda “Sabah” – “Sumqayıt” və “Zirə” – “Neftçi” oyunlarını göstərəcək.

“Şamaxı” – “Qəbələ” və “Səbail” – “Qarabağ” görüşlərinə operatorlarımız yollanacaq. Buna qədərki təcrübədən istifadə edəcəyik. Fikrimcə, problem olmayacaq”.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!