Musa Qurbanlının bu addımı sabiq "Qarabağ"lıları HƏRƏKƏTƏ GƏTİRDİ

3 Dekabr 2023 22:00 Maraqlı 3 116
Musa Qurbanlının bu addımı sabiq "Qarabağ"lıları HƏRƏKƏTƏ GƏTİRDİ

İsveç yüksək liqasında 2022/23 mövsümü bir neçə gün əvvəl başa çatdı.

Millimizin üzvü Musa Qurbanlının şərəfini qoruduğu "Yurqorden" sezonu 4-cü pillədə başa vurub.

Fasiləyə yollanan futbolçular həm futbol ilinin yorğunluğunu üzərlərindən atmaq, həm də yeni mövsümə tam hazır olmaq üçün istirahətə çəkilib.

Onların arasında Musa da var.

21 yaşlı forvard fasiləni Dubayda keçirməyə qərar verib.

O, Birləşmiş Ərəb Əmirliklərinin ən böyük şəhərindən çəkilən fotoları vaxtaşırı sosial şəbəkə hesablarından paylaşmağı unutmur.

Qurbanlının izləyiciləri ilə Yaxın Şərqin turizm mərkəzindən yeni fotolarını bölüşməsi sabiq komanda yoldaşlarını hərəkətə gətirib.

Söhbət "Qarabağ"da birgə oynadığı Elvin Cəfərquliyev, Şahruddin Məhəmmədəliyev, İbrahim Vadji, Julio Romao və Abbas Hüseynovdan gedir.

Xüsusilə Elvin Cəfərquliyevin hücumçu ilə "söz atışması" diqqət çəkən olub.

"44 nömrə" "Koftanı şalvarın içinə niyə salmısan?" yazmaqla replika atıb.

Sualdan yayınan Musa hazırda "Qəbələ"də çıxış edən bir başqa sabiq "Qarabağ"lı Rauf Hüseynlini işarələyərək "Kim bu adam?" - deyə reaksiya verərək Cəfərquliyevi tanımazdan gəlib.

Xatırladaq ki, Musa, Elvin və Rauf uzun illər "Qarabağ"da və gənclər millimizdə bir yerdə çıxış ediblər. Aralarında yaxşı dost münasibətləri var.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!