“Qarabağ”la oyundan sonra mənə dəvət gəlməsindən xəbər tutdum"

14 Noyabr 2023 14:20 Maraqlı 538
“Qarabağ”la oyundan sonra mənə dəvət gəlməsindən xəbər tutdum"

"Bayer"in cinah vingeri Natan Tella Avropa Liqasının H qrupunun IV turunda “Qarabağ”a qarşı Bakıda keçirilmiş matçı (1:0) haqda danışıb.

Sportinfo.az xəbər verir ki, "Kicker"ə danışan 24 yaşlı futbolçu öz performansından narazı qalıb.

Xüsusilə də, son performansına görə Nigeriya millisinə dəvət edilməsinə təəccüblənib:

"Mən təəccübləndim. Millidən dəvət gəlməsi barədə Bakıdakı oyundan sonra xəbər tutdum. "Qarabağ"a qarşı göstərdiyim performansa görə üzgün idim".

Tella 2023-cü ildə "Southempton"dan "Bayer"ə keçib. O, hələ ki, Nigeriya millisində debüt etməyib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!