“Yuventus” Dabo ilə bu gün müqavilə imzalayacaq - FOTO

12 Yanvar 2021 12:20 İtaliya 601
“Yuventus” Dabo ilə bu gün müqavilə imzalayacaq - FOTO

“Yuventus” heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Sportinfo.az xəbər verir ki, Turin təmsiçisi “Nant”dan Abdulaye Dabonu transfer etmək istəyir.

Bu barədə İtaliya mətbuatı məlumat yayıb. “Yuventus” Dabonu satınalma hüququ ilə birlikdə icarəyə götürəcək.

19 yaşlı yarımmüdafiəçinin bu gün “Yuventus”la rəsmi müqavilə imzalayacağı gözlənilir.

Dabo bu mövsüm “Nant”ın B komandasında 5 oyuna çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti