Kavani "Atletiko" ilə 2+1 illik müqavilə imzalayacaq?

11 Sentyabr 2020 15:32 İspaniya 447
Kavani "Atletiko" ilə 2+1 illik müqavilə imzalayacaq?

PSJ-dən ayrılan Edinson Kavani karyerasını İspaniyada davam etdirməyə yaxındır.

Sportinfo.az xəbər verir ki, "Benfika"ya keçməkdən son anda imtina edən uruqvaylı forvard "Atletiko" ilə anlaşmaq üzrədir.

Onunla 2+1 illik müqavilə imzalanacağı gözlənilir.

33 yaşlı hücumçu 2013-cü ildə 64 milyon avro qarşılığında "Napoli"dən PSJ-yə keçmişdi. O, komandada 301 oyun keçirib və 200 qol vurub, 43 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti