“Suaressiz bizim üçün çətin olacaq, amma…” – Setyen

20 Yanvar 2020 11:06 İspaniya 880
“Suaressiz bizim üçün çətin olacaq, amma…” – Setyen

"Barselona”nın baş məşqçisi Kike Setyen açıqlama verib.

Sportinfo.az xəbər verir ki, 62 yaşlı mütəxəssis katalonları çalışdırmaqla bağlı danışıb:

“Bu klub əvvəllər mənə müraciət etməmişdi. Bu cür hədəflərə çatmağın, burda olmağın nə qədər çətin olduğunu bilirəm. Bu işə layiq olduğuma inanıram.

Amma eyni zamanda, bilirəm ki, bəzən bu, kifayət etmir. Burda işə başladığım gündən son günə qədər keçirəcəyim hər andan həzz alacam”.

Mütəxəssis, 4 ay yaşıl meydanlardan kənarda qalacaq Luis Suares haqqında da danışıb: “Suaresin olmaması bizim üçün böyük problemdir.

O, hazırda dünyanın ən yaxşı hücumçularından biridir. Suaressiz bizim üçün çətin olacaq, amma bu çətinlikləri minimuma endirməyə çalışacağıq”.

Digər Xəbərlər
Xəbər Lenti