Dekabrın 20-də PSJ-nin ulduzu Kilian Mbappenin doğum günü idi.
Sportinfo.az xəbər verir ki, hücumçunun 23 yaşı tamam olub.
Mbappenin doğum günü üçün nəhəng tort hazırlanıb.
Hətta tort futbolçunun özündən də böyük olub. Kilian ad günü tədbirindən çəkilən şəkili “instaqram”da paylaşıb.
Mbappe cari mövsümdə Fransa çempionatında 17 oyun keçirib, 9 qol vurub, 8 qol ötürməsi edib.

