“Paltardəyişmə otağında ağlayan futbolçular var idi”

28 İyun 2021 19:10 Hadisə 616
“Paltardəyişmə otağında ağlayan futbolçular var idi”

Portuqaliyanın baş məşqçisi Fernando Santos AÇ-2020-nin 1/8 final mərhələsində Belçikaya uduzduqları oyunu şərh edib.

Sportinfo.az xəbər verir ki, Santos 0:1 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Paltardəyişmə otağında ağlayan futbolçular var idi. Hamımız xəyal qırıqlığı yaşayırıq. Belçika qapıya 6 zərbə endirdi, biri qol oldu.

Biz 29 zərbə vurduq, ikisi dirəyə dəydi. Futbolda ədalətsizlik və ya ədalət yoxdur, qol vurmaq və vurmamaq var.

Deyəcək sözüm yoxdur. Bu turniri qazana bilərdik. Bacarıqlarımıza güvənirdik.

Bir az yorğun olsaq da, özümüzü bərpa edəcək gücümüz var idi. Çox məyusuq”.

Digər Xəbərlər
Xəbər Lenti
15 Avqust 22:20 Bolqar dərsi...
15 Avqust 18:10 Çək və bizə göndər!
14 Avqust 20:20 Elmar Baxşıyev fərqi...