Azərbaycanda çempionat oyunları niyə ertələndi?

26 Sentyabr 2023 14:20 Azərbaycan Futbolu 788
Azərbaycanda çempionat oyunları niyə ertələndi?

Azərbaycan 1-ci Liqasının 3-cü, Azərbaycan 2-ci Liqasının 4-cü turunun oyun cədvəlində dəyişiklik edilib.

Peşəkar Futbol Liqasının (PFL) qərarına əsasən, 2-ci Liqanın "Dinamo"- "Füzuli" oyunu 28 sentyabr, 1-ci liqanın "Qaradağ Lökbatan" - "İrəvan", "Araz Saatlı"- "Mingəçevir" və "Karvan" - "Difai Ağsu" oyunları 29 sentyabr tarixlərinə keçirilib.

Oyunların yeri və saatı ilə bağlı dəyişiklik yoxdur.

Təqvimdəki yenilik çempionatın təşkilatçılarından qaynaqlanmır. Sadəcə, PFL son anda aldığı təlimata əsasən bu dəyişikliyə gedib.

Məsələ ondadır ki, sentyabrın 27-si II Qarabağ müharibəsinin başlanma tarixidir.

Azərbaycan Ordusu 2020-ci ilin bu günü Qarabağda əks-hücum əməliyyatlarına başlayaraq, tarixi torpaqlarımızı erməni işğalından azad edib.

Tarixi günlə əlaqədar sabah ölkə üzrə dövlət, həmçinin ictimai yüklü anım tədbirlərinin təşkili gözlənilir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti