“Neftçi”nin sabiq baş məşqçisi: "Gördüm ki..."

22 Sentyabr 2023 00:30 Azərbaycan Futbolu 1 483
“Neftçi”nin sabiq baş məşqçisi: "Gördüm ki..."

“Azərbaycan və Moldova futbolu bənzərdir”.

Sportinfo.az xəbər verir ki, bunu “Neftçi”nin sabiq baş məşqçisi Roberto Bordin İtaliya mətbuatına açıqlaması zamanı deyib.

Hazırda Moldovada “Şerif”ə rəhbərlik edən 58 yaşlı italiyalı mütəxəssis hər iki ölkə futbolunun inkişafda olduğunu bildirib:

“Azərbaycanda olduğu kimi, Moldovada da ən müasir infrastruktura malik və inkişaf edən futbol gördüm. Xüsusən də Moldova yığmasında maraqlı oyunlarımız oldu.

Danimarka, Şotlandiya, İsrail kimi yığmalarla qarşılaşdıq. Hətta məğlubiyyətlər müəyyən dərəcədə bizi inkişaf etdirdi”.

Roberto Bordin 2018-2020-ci illərdə “Neftçi”nin baş məşqçisi olub.

Digər Xəbərlər
Xəbər Lenti