
Ötən mövsümün sonu "Zirə”dən ayrılan Ruslan Abışov hələ də klubsuzdur.
O, Premyer Liqa təmsilçilərindən bir neçəsinin maraq dairəsində olsa da müxtəlif səbəblərdən təkliflərə "yox" deyib.
36 yaşlı futbolçu ilə bağlı yeni maraqlı məlumat əldə etmişik.
Təcrübəli sima böyük futbolla vidalaşıb, son zamanlar böyük məşhurluq qazanan minifutbolda çıxış edə bilər.
Ona bu barədə dostları təklif göndərib.
Abışov özü də ilkin razılığını verib.
Maraq üçün bildirək ki, Təmkin Xəlilzadə, Əfran İsmayılov kimi tanınmış adlar artıq minifutbol komandalarında oynamağa başlayıblar.
Ruslan "Zirə"dən başqa karyerası ərzində "Neftçi", "Xəzər Lənkəran", "Qəbələ", "İnter" (hazırkı "Şamaxı"), "Sabah" və Rusiyada "Rubin" klubunun uğurları üçün də çalışıb.
O, Azərbaycan millisində 60 oyun keçirib.
XANOĞLAN / SPORTİNFO.AZ