Bolqarıstanda zəfər qazanan komandamızın düşərgəsindən özəl VİDEO görüntülər

15 Sentyabr 2023 22:40 Azərbaycan Futbolu 702
Bolqarıstanda zəfər qazanan komandamızın düşərgəsindən özəl VİDEO görüntülər

“Zəngəzur” Bolqarıstanda davam edən minifutbol üzrə Avropa kubokunda uğurlu çıxışını davam etdirir.

Belə ki, tmsilçimiz qrup mərhələsini ikinci pillədə başa vuraraq pley-off-a yüksələ bilmişdi.

Bolqarıstanın “Qalaktiko Vratsa” klubuna (2:0) qalib gələn “Zəngəzur” Yunanıstanın TMT (3:3) və Çexiyanın “Veşka Olomouc” klubları (1:1) ilə bərabərə qalmışdı.

Əjdər Əjdərovun yetirmələri bu gün 1/8 finalda yerli “Mehkit” klubu ilə qarşılaşıb.

Matç “Zəngəzur”un 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticədən sonra Azərbaycan çempionatının bürünc mükafatçısı 1/4 finalda oynamaq haqqı qazanıb.

Milli komandamızın sabiq üzvü Əfran İsmayılovun kapitanı olduğu “Zəngəzur” bu mərhələdə İsrailin “Red Mit Tadrian” klubu ilə qarşılaşacaq.

Əldə olunan uğurdan sonra paltardəyişə otağında futbolçular arasında böyük qələbəlik yaşanıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Həmin anları sizə təqdim edirik:

Digər Xəbərlər
Xəbər Lenti