"Zəngəzur" pley-off mərhələsində hansı komandaya rəqib oldu?

15 Sentyabr 2023 02:40 Azərbaycan Futbolu 519
"Zəngəzur" pley-off mərhələsində hansı komandaya rəqib oldu?

"Zəngəzur" minifutbol üzrə Avropa Kubokunda növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan təmsilçisi Çexiyanın "Veşka Olomouts" komandası ilə qarşılaşıb.

Görüş 1:1 hesablı bərabərliklə başa çatıb.

Komanda bu nəticə ilə qrupu ikinci sırada bitirib və pley-off mərhələsinə vəsiqə qazanıb.

"Zəngəzur"un bu mərhələdəki rəqibi Bolqarıstanın “Meçkite” komandası olacaq.

Digər Xəbərlər
Xəbər Lenti