"Niyə sual vermirlər ki, o pulları…" - SƏRT TƏNQİD VİDEOSU

14 Sentyabr 2023 17:40 Azərbaycan Futbolu 777
"Niyə sual vermirlər ki, o pulları…" - SƏRT TƏNQİD VİDEOSU

«Milli komandalara bu qədər pul xərcləməkdənsə, meydançalar salmaq lazım idi».

Bu fikirləri futbol eksperti Emin Abbasov səsləndirib.

O, ATV kanalında yayımlanan «Futbolumuz» verlişində AFFA-nın ötən illər boyunca yanlış strategiya ilə çalışdığını bildirib.

Qeyd edib ki, büdcədən bütün yaş qrupları üzrə yığmalara böyük pullar xərclənib, amma qarşılığı olmayıb:

"Hər il bu xərclər 10 milyon manatı keçib. İlboyu xarici toplanışlarda olublar.

Dünyanın heç bir yerində belə şey yoxdur. Nəticə də qazanılmayıb.

Bu, kimin marağındadır? İstəmirəm ki, mən bunu ittiham şəklində burada səsləndirim. Zatən hamı başa düşür.

Niyə onlardan soruşmurlar ki, hanı nəticə? Niyə sual vermirlər ki, o pulları infrastruktur qurulmasına sərf etməmsiz?

İndi əsas çatışmayan meydançalardır.

Federasiyada dəyişiklik olandan sonra əsas odur ki, liqaların sayı artıb və futbolumuz sanki komadan ayılıb, nəfəs almağa başlayıb".

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti