
“Qarabağ” bir neçə gün öncə müqaviləsini yenilədiyi Marko Yankoviçin qazancını artırıb.
Əslində, 2022-ci ilin yayından burada çıxış edən 28 yaşlı yarımmüdafiəçinin sözləşməsi 2025-ci ilin yayınadək qüvvədə idi.
Bu müdətdə ona br çox təkliflər gəlib. Monteneqrolu sabit çıxışı ilə Rusiya, Polşa və Türkiyə klublarının diqqət mərkəzinə düşüb.
Qurban Qurbanov isə balkanlı legionerin satılmasını istəmədiyindən, tərəflər vaxtından əvvəl danışıqlar masası arxasına əyləşib.
Belədə müqavilə müddəti daha 2 il artırılıb. Geridə qalan müddətdə 53 matça 3 qol vuran Marko 2027-ci ilin yayına qədər "Qarabağ"da çıxış edəcək.
Razılaşmaya əsasən, orta sahə oyunçusunun əməkhaqqısında artım gələn ilin yanvarından qüvvəyə minəcək.
Ümumiyyətlə, yeni kontrakt Markoya illik 500 min dollar civarında gəlir əldə etmək imkanı yaradıb. İki mövsüm ərzində isə bu məbləğ bonuslarla birlikdə 1 milyonu ötəcək.
SPORTİNFO.AZ