
"Məncə, ən çətini "Molde" və "Hekken"ə qarşı oynamaqdır".
Sportinfo.az xəbər verir ki, bu sözlər "Qarabağ"ın kapitanı Maksim Medvedevə məxsusdur.
Müdafiəçi komandasının Avropa Liqasında qrupdan çıxmaq şanslarını dəyərləndirib:
"Bu görüşlərdə bizdən qələbə gözləyəcəklər. Amma özünüz də bilirsiz ki, "Bayer" daha səs-küylü klubdur.
Onlara qarşı daha rahat oynayacağıq, nəinki "Hekken" və ya "Molde"yə qarşı".