
"Sumqayıt" əməkdaşı ilə yollarını ayırıb.
Fizioterapevt vəzifəsində çalışmış Rövşən İsmayılovun müqaviləsinin müddəti başa çatıb.
"Sumqayıt" 10 il komandada işləmiş mütəxəssisə xidmətlərinə görə təşəkkür edib və ona uğurlar arzulayıb.
O, bundan sonra "Qarabağ"da çalışacaq. Qurban Qurbanovdan dəvət alan mütəxəssis yeni klubu ilə müqavilə imzalayıb.
“Qarabağ” bu təyinatdan əvvəl tibbi heyətdə çalışan Oktay Gürsoy və Pavel Dubko ilə yollarını ayırıb.
SPORTİNFO.AZ