
Ötən ilin mayında «Səbail»dən ayrılan Aftandil Hacıyevin yeni iş yeri məlum olub.
Bayıl klubunu tarixində ilk və hələlik sonuncu dəfə avrokuboklara daşımış baş məşqçi kimi tarixə düşmüş gənc mütəxəssis bundan sonra «Qarabağ» üçün çalışacaq.
Ağdam təmsilçisi 43 yaşlı Hacıyevə mühüm sahə tapşırıb. Tacəddin Doğanla yolları ayıran «köhlən atlılar» akademiyanın direktoru postuna onu gətirib.
«Qarabağ» Aftandil bəyə doğma klubdur. O, həm futbolçu, həm də məşqçi kimi burada özünü göstərib.
2017-ci ilin yayında «Səbail»dən dəvət alana kimi ağdamlıların aşağı yaş qruplarını, o cümlədən, əvəzedici komandasını çalışdırıb.
SPORTİNFO.AZ