
"Qarabağ"ın monteneqrolu legionerləri Marko Veşoviç və Marko Yankoviç milli komandaya dəvət ediliblər.
Sportinfo.az xəbər verir ki, Monteneqro yığmasının baş məşqçisi Miodraq Raduloviç 31 futbolçudan ibarət siyahıya “Qarabağ”ın oyunçularını da daxil edib.
Monteneqro AVRO-2024-ün seçmə mərhələsinin iyunun 17-də Macarıstana, iyunun 20-də isə Çexiya yoldaşlıq görüşünə çıxacaq.