Ramil Şeydayev belə etdi

31 May 2023 22:40 Qarabağ 3 208
Ramil Şeydayev belə etdi

“Qarabağ”ın sabiq futbolçusu Ramil Şeydayev Azərbaycan çempionatında 20 qola çataraq mövsümün bombardiri olan 9-cu yerli oyunçudur.

Sportinfo.az xəbər verir ki, rReport”un araşdırmasına görə, o, 2022/2023 mövsümündə 22 dəfə fərqlənərək buna nail olub.

Şeydayevə qədər yalnız 8 azərbaycanlı hücumçu bir mövsüm ərzində 20 və ya daha çox qol vuraraq, ən məhsuldar oyunçu mükafatına yiyələnib.

Bunlar Nazim Əliyev, Musa Qurbanov, Rövşən Əhmədov, Fazil Pərvərov, Qurban Qurbanov, Alay Bəhramov, Samir Musayev və Zaur Ramazanovdur. Ancaq 1995/1996 mövsümündə Rövşən Əhmədovla Fazil Pərvərov eyni sayda qol vurduqları üçün hər ikisi bombardir sayılıb.

Azərbaycan çempionatları tarixinin ən məhsuldar oyunçusu Nazim Əliyev üç fərqli mövsümdə 20-dən çox qol vuraraq bombardir olub. Zaur Ramazanovda bu say ikidir.

Şeydayev həm də “Qarabağ”ın heyətində 20 topa çataraq, məhsuldarlıq baxımından hamını qabaqlayan ikinci yerli oyunçudur.

Ona qədər yalnız Samir Musayev 2003/2004 mövsümündə, yəni 19 il əvvəl bunu bacarıb. 2013/2014 mövsümündə isə braziliyalı Reynaldo Silva “Qarabağ”ın forması altında rəqib qapılarından 22 top keçirib.

Reynaldodan sonra heç bir oyunçu bir mövsümdə 20 qola çata bilməmişdi. 9 ildən sonra ağdamlıların iki üzvü – Ramil Şeydayev və Musa Qurbanlı buna nail olublar.

Qurbanlı 21 qol vursa da, bombardir ola bilməyib. Halbuki 19 fərqli mövsümdə bombardirlik mükafatını qazanan futbolçular 21-dən az qola imza atıblar.

Mövsüm

Futbolçu

Klubu

Qol

1992

Nazim Əliyev

“Xəzər”

39

1993

Samir Ələkbərov

“Neftçi”

16

1993/94

Musa Qurbanov

“Turan”

35

1994/95

Nazim Əliyev

“Neftçi”

26

1995/96

Rövşən Əhmədov

“Kəpəz”

23

Fazil Pərvərov

“Kəpəz”

23

1996/97

Qurban Qurbanov

“Neftçi”

34

1997/98

Nazim Əliyev

“Dinamo”

23

1998/99

Alay Bəhramov

“Viləş”

24

1999/00

Badri Kvaratsxeliya

“Şəmkir”

16

2000/01

Paşa Əliyev

“Dinamo-Bakılı”

13

2003/04

Samir Musayev

“Qarabağ”

20

2004/05

Zaur Ramazanov

“Karvan”

21

2005/06

Yakuba Bamba

“Karvan”

16

2006/07

Zaur Ramazanov

“Xəzər-Lənkəran”

20

2007/08

Xaqani Məmmədov

”İnter”

19

2008/09

Valter Quqlemon

“İnter”

17

2009/10

Fərid Quliyev

“Standard”

16

2010/11

Georgi Adamiya

“Qarabağ”

18

2011/12

Bahodir Nasimov

“Neftçi”

16

2012/13

Nikolas Kanales

“Neftçi”

26

2013/14

Reynaldo Silva

“Qarabağ”

22

2014/15

Nurlan Novruzov

"Bakı"

15

2015/16

Dani Kintana

“Qarabağ”

15

2016/17

Filip Ozobiç

"Qəbələ"

11

Rauf Əliyev

"İnter"

11

2017/18

Baqali Dabo

"Qəbələ"

13

2018/19

Mahir Emreli

“Qarabağ”

16

2019/20

Baqali Dabo

“Neftçi”

7

Mahir Emreli

“Qarabağ”

7

Stiven Monroz

“Neftçi”

7

Peyman Babayi

"Sumqayıt"

7

2020/21

Namiq Ələsgərov

"Neftçi"

19

2021/22

Kadi Borqes

“Qarabağ”

12

2022/23

Ramil Şeydayev

“Qarabağ”

22

Digər Xəbərlər
Xəbər Lenti