"Qarabağ"dan 2 VİDA!

31 May 2023 12:40 Qarabağ 941
"Qarabağ"dan 2 VİDA!

"Qarabağ" Ramil Şeydayev və Filip Ozobiçlə vidalaşıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin rəsmi feysbuk hesabı paylaşım edib.

"Köhlən atlar" oyunçularının müqavilələrinin başa çatdığını xatırladıb. Ölkə çempionu onlara xidmətlərinə görə təşəkkür edib və gələcək karyeralarında uğurlar arzulayıb.

Filip Ozobiç 2018-ci ildən "Qarabağ"ın formasını geyinib. Ramil Şeydayev isə 2017/2018 mövsümündə və 2021-ci ildən komandanın uğurları üçün çalışıb.

Digər Xəbərlər
Xəbər Lenti