
“Çempionlar Liqası çox ciddi turnirdir.
Ötən il ilk oyundan pley-off mərhələsinə qədər ciddi rəqiblər düşdü. Çox da maraqlı oyunlarımız oldu”.
Sportinfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
O, komandasının ÇL-ə hazırlığından danışıb:
“Bu il də Çempionlar Liqasına ciddi hazırlaşmağa məcburuq. Desəm ki, tam düşündüyümüz kimi heyət formalaşdırmışıq, yalan olar.
Amma istərdik ki, bir neçə oyunçu dəvət edək. Hər bir halda, əlimizdə olan futbolçulara güvənmişik.
Minimum bu futbolçuların performansını yaxşılaşdırmağa çalışmışıq. Onları turnirə tam hazır etməyə çalışırıq.
İşlərimiz, planlarımız odur ki, bir neçə yeni oyunçu gətirək. Futbolçularımızın sayının çox olmasına çalışırıq ki, keyfiyyətimiz də daha yuxarı olsun.
Əgər düşündüyümüz, danışıq apardıqlarımız futbolçular alınarsa, mütləq heyəti gücləndirmək istəyirik”.