
“Qarabağ”ın səviyyəsinə uyğun keyfiyyətli futbolçular alacağıq”.
Sportinfo.az xəbər verir ki, bunu “Qarabağ”ın prezidenti Tahir Gözəl çempionluq ziyafətində jurnalistlərə açıqlamasında deyib.
“Zirə”nin hücumçusu Hamidu Keytanı transfer etdiklərini açıqlayan klub rəhbəri başqa keçidlər üçün çalışdıqlarını bildirib:
“Qarabağ” artıq ulduz yetişdirən klubdur. Büdcəmiz çatan ən yaxşı cavan, istedadlı futbolçular seçiləcək.
Onlarla birlikdə yenə Avropada önəmli yerlərdə qərarlaşacağıq. Uğurlu ilimiz oldu.
Klubdan növbəti mövsüm daha uğurlu çıxış gözləyirəm. Bunun üçün önlərində heç bir əngəl yoxdur”.