Çin kanalı "Arsenal"ın oyununu boykot etdi - Özilə görə

15 Dekabr 2019 15:36 Qalmaqal 1 008
Çin kanalı "Arsenal"ın oyununu boykot etdi - Özilə görə

Çinin CCTV telekanalı İngiltərə Premyer Liqasının XVII turunda bu gün keçiriləcək "Arsenal" - "Mançester Siti" oyununu canlı yayımlamayacaq.

Sportinfo.az xəbər verir ki, dövlətə məxsus olan ölkənin əsas telekanalı sözügedən qarşılaşmanın əvəzinə eyni sastda start götürəcək "Tottenhem" - "Vulverhempton" görüşünü göstərəcək.

İddiaya görə, telekanalın bu addımı "Arsenal"ın yarımmüdafiəçisi Məsut Özilin dünənki paylaşımı ilə bağlıdır. Türk əsilli alman futbolçu şəxsi "İnstagram" səhifəsində Çinin Şərqi Türküstandakı insanlara qarşı etdiyi haqsızlıqdan yazmışdı. CCTV-nin məhz bu amilə görə "Arsenal"ın oyununu boykot etdiyi bildirilir.

"Arsenal" - "Mançester Siti" oyunu Bakı vaxtı ilə 20:30-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti