Bu qərarı De Byazi qəbul etdirib - “Qarabağ”a görə

30 Sentyabr 2020 12:44 Premyerliqa 1 332
Bu qərarı De Byazi qəbul etdirib - “Qarabağ”a görə

Peşəkar Futbol Liqası (PFL) Premyer Liqanın V turunun “Qarabağ” - “Səbail” oyununun təxirə salınması barədə dünən rəsmi açıqlama yayıb.

Təşkilatçı qurum elan edib ki, qeyri-müəyyən vaxta təxirə salınan matçın tarixi sonradan dəqiqləşəcək.

Bildirilib ki, qarşılaşmanın təxirə salınması AFFA-nın istəyi ilə gerçəkləşib. Assosiasiya PFL-a müraciət edərək, yığmanın Millətlər Liqasındakı növbəti iki matçına daha yaxşı hazırlaşması məqsədilə oyunun təxirə salınmasını istəyib.

AFFA-nın müraciətini, millinin mənafeyini və adıçəkilən klubların razılığını rəhbər tutan qurum görüşün təxirə salınmasına qərar verib. Millimiz oktyabrın 10-da Monteneqro ilə səfər, 13-də Kiprlə ev oyunu keçirəcək.

Sportinfo.az-a bununla bağlı yeni məlumat daxil olub. AFFA-dan redaksiyamıza ötürülən xəbərə görə, bu matçın təxirə slınması təşəbbüsü Canni De Byazidən gəlib.

Yığmanın baş məşqçisi “Qarabağ”ın son 3 həftədə çox sıx qrafiklə meydana çıxmasını əsas götürüb.

Bu da başadüşüləndir. Çünki millinin əsas qüvvəsini Ağdam klubunun futbolçuları təşkil edir və onların düşərgəyə yorğun gəlməsi italyan mütəxəssisi hədsiz qayğılandırır.

Xəbər Lenti