"Mən çox xoşbəxt idim, onlardan sevgi görəndə…" - Musa Qurbanlı

26 İyul 2023 06:50 Bizimkilər 518
"Mən çox xoşbəxt idim, onlardan sevgi görəndə…" - Musa Qurbanlı

"Qarşıdakı oyunlara daha yaxşı hazırlaşacam"

Sportinfo.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin üzvü Musa Qurbanlı yeni klubu "Yurqorden"də debüt etməsi haqqında danışarkən deyib.

İsveç çempionatının 17-ci turunda "Elfsburq"la görüşdə (0:4) meydana çıxan 21 yaşlı hücumçu aftonbladet.se-yə açıqlamasında bu matçda debüt etməyin yaxşı fikir olmadığını bildirib:

"Medana daxil olanda azarkeşlərin dəstəyini həqiqətən hiss etdim. Bu, çox gözəl hiss idi. Mən çox xoşbəxt idim.

İzdihamdan sevgi görəndə onlar üçün mübarizə aparmaq istəyirəm. Meydanda əlimdən gələni edəcəm.

Debüt üçün ən yaxşı gün deyildi. Nəticə bütün komandanı məyus oldu.

Debütdə qalib gəlməyi çox istəyirdim, amma biz daha güclü qayıdacağıq. Əzələmdə sərtlik hiss etdim və oyundan bunu əvvəl fizioloqa dedim.

Amma növbəti matça yüz faiz hazır olacağımı düşünürəm".

Digər Xəbərlər
Xəbər Lenti