Füzulidə ağır qəza - Ölən var

20 Dekabr 2023 08:10 Hadisə 438
Füzulidə ağır qəza - Ölən var

Dekabrın 18-də Füzuli rayonunda ağır yol qəzası baş verib.

Əhmədbəyli kənd sakini Möhsüm Möhsümzadənin idarə etdiyi “Khazar SD” markalı avtomobil aşıb.

Belə ki, nəqliyyat vasitəsi Hacıqabul-Mincivan avtomobil yolunun 138-ci kilometrliyində hərəkətdə olarkən idarəetmədən çıxaraq dərəyə düşüb.

Nəticədə sürücü M.Möhsümzadə aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Füzuli RPŞ-də cinayət işi başlanıb, istintaq aparılır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti