"Mən Azərbaycan yığmasının baş məşqçisi ilə şəxsən tanışam"

5 Dekabr 2019 09:10 Digər növlər 751
"Mən Azərbaycan yığmasının baş məşqçisi ilə şəxsən tanışam"

Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Puerto-Riko yığma komandasının təlim-məşq toplanışları keçirilir. Sportinfo.az xəbər verir ki, toplanışlarda dörd puerto-rikolu gimnast iştirak edir.

Milli komandanın məşqçisi Silviya Taseva Bakıya ilk dəfə gədliyini deyib: “Gimnastika arenasında hazırlıq üçün bütün şərait yaradıldığı üçün Puerto-Riko milli komandası burada məşq etməkdən məmnundur.

Mən Azərbaycan milli komandasının baş məşqçisi Mariana Vasileva ilə şəxsən tanışam. Bu il Mariana Vasileva bizi Bakıda məşqlərə dəvət etdi. Biz buna görə çox şadıq”.

Onun sözlərinə görə, Bakıdakı toplanışın məqsədi Puerto-Riko milli komandasının gələcək yarışlara hazırlaşmasıdır: “Biz bir neçə Dünya Kubokunda, eləcə də beynəlxalq yarışlarda iştirak etməyi planlaşdırırıq.

May ayında biz mövsümü iki iri yarışla, Pan-Amerika oyunları və Mərkəzi Amerika yarışlarının təsnifat mərhələsi ilə başa çatdırmağı planlaşdırırıq. Ona görə də komandamızın yüksək səviyyədə hazırlıqlı olması vacibdir”.

Digər Xəbərlər
Xəbər Lenti