“O, komandaya çox kömək etdi, geri qaytarmaqda böyük iş gördü”

13 Aprel 2023 15:20 Çempionlar Liqası 11 303
“O, komandaya çox kömək etdi, geri qaytarmaqda böyük iş gördü”

“Real”ın baş məşqçisi Karlo Ancelotti Çempionlar Liqasının 1/4 finalının “Çelsi” ilə ilk oyunundan sonra (2:0) danışıb.

Sportinfo.az xəbər verir ki, italiyalı mütəxəssis Federiko Valverdeni matçın ən yaxşı oyunçusu hesab etdiyini bildirib:

“Yəqin ki, Valverde görüşün ən yaxşısı idi. O, müdafiədə komandaya çox kömək etdi.

Enerjili idi. Topu komandaya geri qaytarmaqda da çox işlər gördü”.

“Real”ın futbolçusu Vinisius Junior oyunun ən yaxşı futbolçusu seçilib.

“Çelsi” – “Real” cütünün cavab qarşılaşması aprelin 18-də İngiltərədə keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"