Mahir “Lester”in müdafiəçilərinə mesaj göndərdi – “Bunu bilin, mən...” - FOTO

25 Noyabr 2021 20:20 Bizimkilər 984
Mahir “Lester”in müdafiəçilərinə mesaj göndərdi – “Bunu bilin, mən...” - FOTO

Mahir Emrelinin şərəfini qoruduğu “Legiya” bu gün Avropa Liqasının qrup mərhələsində “Lester”lə qarşılaşacaq.

Həmyerlimiz Varşavadakı ilk matçda İngiltərə təmsilçisinin qapısına yol tapmaqla komandasına qələbə qazandırmışdı.

Mahir yenə fərqlənmək niyyətindədir.

Hücumçu məlum matçdan əvvəl “instaqram” hesabında maraqlı paylaşım edib. O, Lesterdən bir neçə foto paylaşaraq altına bu sözləri yazıb:

“Ətrafımda divarlar tikməyi planlaşdırırsızda, bunu bilin, mən onları aşacam”.

Emrelinin xitabının konkret nəyə hesablandığını özündən yaxşı bilən olmaz. Lakin fotonun Lesterdən, həm də oyun günü paylaşması bu sözləri rəqib müdafiəçilərə aid etdiyini təxmin etmək çətin deyil.

“Lester” – “Legiya” qarşılaşması bu axşam Bakı vaxtı ilə saat 23.55-də başlayacaq.

MAHİR / SPORTİNFO,AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"