“Beşiktaş” İstanbulda “Neftçi” üçün nə etdi?

16 Avqust 2023 19:40 Qarabağ 2 227
“Beşiktaş” İstanbulda “Neftçi” üçün nə etdi?

“Neftçi” “Beşiktaş”la cavab görüşü üçün İstanbula yola düşüb.

Adrian Mutu komandasının səfər ab-havasına uyğunlaşması və yorğunluqdan əziyyət çəkməməsi üçün səfəri matçdan iki gün əvvələ planlaşdırıb.

Oyunda əsas yük futbolçuların üzərinə düşəcəksə, tribunalardakı dəstək də vacib rol oynayacaq.

“Beşiktaş” azarkeşlərinin İstanbulda yaradacağı ab-havanı indidən təsəvvür etmək çətin deyil.

Qardaş ölkədə çox sayda azərbaycanlının yaşadığını nəzərə alsaq, “Beşiktaş” stadionunu “Azərbaycan, Neftçi” şüarlarının bürüyəcəyi şübhə doğurmur.

Meydan sahiblərinin həmyerlilərimiz üçün ayırdığı bilet sayına aydınlıq gəlib. “Beşiktaş” qonaq sektorda azərbaycanlı tərəfdarlar üçün 2180 bilet ayırıb.

Yəni, bizimkilər üçün bu qədər bilet satılacaq. Oyun günü qonaq sektorda 2200-ə yaxın soydaşımız yerini tutacaq.

Avqustun 17-də keçiriləcək “Beşiktaş” – “Neftçi” qarşılaşması Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

İlk görüşdə Türkiyə təmsilçisi 3:1 hesablı qələbə qazanmışdı.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 18:10 Çək və bizə göndər!