
“Qəbələ"nin yay hazırlıq planı bəlli olub.
Sportinfo.az xəbər verir ki, bu haqda klubun yaydığı açıqlamada bildirilib.
Komanda iyunun 30-da Qəbələdə hazırlıqlara başlayacaq. Toplanışın ilk mərhələsi 14 gün davam edəcək.
Bu müddət ərzində 2 yoxlama oyunu planlaşdırılıb. Hazırlıq matçları iyunun 6-sı və 14-ü keçiriləcək. İkinci yoxlama oyunu “Şamaxı”ya qarşı olacaq.
Təlim məşq toplanışının ikinci mərhələsinə iyunun 14-də start veriləcək.
Avqustun 8-dək Qəbələdə davam edəcək hazırlıq dövründə daha 5 oyun keçirilməsi planlaşdırılır. Rəqiblər və matçların vaxtı barədə məlumat veriləcək.