Qurban Qurbanovun oğlu söylədi: “Arzu və məqsədim daha böyük klublarda oynamaqdır”

31 Yanvar 2023 21:20 Qarabağ 866
Qurban Qurbanovun oğlu söylədi: “Arzu və məqsədim daha böyük klublarda oynamaqdır”

“Hər bir futbolçu daha yaxşı yerlərə gəlmək istəyir”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qarabağ”ın hücumçusu Musa Qurbanlı deyib.

Premyer Liqanın cari mövsümündə qollarını sıralayan, yaxınlarda “Poqon”dan (Polşa) təklif alan 22 yaşlı hücumçu bildirib ki, yaxın gələcəkdə legioner həyatı yaşamaq arzusu var.

Qurban Qurbanovun oğlu xarici dil biliyinin olduğunu vurğulayıb:

“Mənim də arzum və məqsədim daha böyük liqalarda, klublarda oynamaqdır. Necə olacağını zaman göstərəcək.

Əsas odur ki, üzərimdə alışıram. Dil bilgilərimə gəlincə, rus və ingilis dilini yaxşı bilirəm”.

Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 18:10 Çək və bizə göndər!