Qalib gəldikləri oyunda meydanı tərk etdilər - İRQÇİLİK QALMAQALI

15 Dekabr 2019 13:23 Qalmaqal 973
Qalib gəldikləri oyunda meydanı tərk etdilər - İRQÇİLİK QALMAQALI

Almaniyada U-16 liqasında "Herta" və "Auerbax"ın müvafiq yaş qruplarından ibarət komandaları arasında keçirilən oyunda qalmaqal yaşanıb.

Sportinfo.az xəbər verir ki, Berlin klubu matçın 68-ci dəqiqəsində meydanı tərk edib. Buna "Herta"nın bir neçə futbolçusunun rəqib tərəfindən irqçiliyə məruz qalması səbəb olub. Nəticədə məşqçilər heyəti və komanda oyunu davam etdirməyi qərara alıb, meydandan çıxıblar.

Qeyd edək ki, buna qədər hesab 2:0 "Herta"nın xeyirinə olub.

Digər Xəbərlər
Xəbər Lenti