AFFA sonuncu dəfə "YOX" dedi – Premyer Liqaya 3 klub gəlsə də…

25 Aprel 11:40 Qəbələ 11 481
AFFA sonuncu dəfə "YOX" dedi – Premyer Liqaya 3 klub gəlsə də…

AFFA-dan gələn son xəbər «Qəbələ»də dərin məyusluq yaradıb.

Federasiya əyalət klubuna I Liqaya hazırlaşmağı tapşırıb.

Qurum onlara güzəşt etmək niyyətində olmadıqları barədə qarşı tərəfi məlumatlandırıb.

Bildirilib ki, İcraiyyə Komitəsi Premyer Liqada iştirakçı sayını 12-yə çatdırmaq haqda qərar versə belə, bu, «qırmızı-qaralar»ın hesabına gerçəkləşməyəcək.

Başqa sözlə, AFFA reqlamentin qorunmasında israrlıdır. Və I Liqadan 3 komanda yuxarı qaldırılacaqsa, Premyer Liqada axırıncı yeri tutan növbəti sezona aşağı liqada start verməlidir.

31 tura 17 xal toplaya bilən «Qəbələ» turnir cədvəlinin 10-cu pilləsindədir.

Doqquzuncu sıradakı «Kəpəz»dən 14 xal geri qalan bölgə təmsilçisini qarşıdakı 5 turda yalnız möcüzə xilas edəcək - onlar beş qələbə qazanmalı, gəncəlilər də epyni sayda məğlubiyyət almalıdır.

Ölkə kuboku «Qəbələ» üçün son ümid yeri idi. İnamları varıydı ki, «Zirə»ni yarımfinal mərhələsindən uzaqlaşıdırıb, «Qarabağ»la finala qalarlar, bəlkə onda AFFA reqlamenti dəyişmək barədə düşünər.

Bu da gerçəkləşmədi. Zirədəki ilk görüşdə 1:2 hesabıyla uduzan komanda öz evində də yenilgidən qaçmağı bacarmadı - 0:2.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti