Qərb bölgəsinin iki klubu da AFFA-ya pul verəcək

7 Dekabr 2023 08:50 Premyerliqa 1 000
Qərb bölgəsinin iki klubu da AFFA-ya pul verəcək

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, iclasda Premyer Liqanın 15-ci turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul olunub.

“Turan Tovuz” – “Sumqayıt” oyununda “Turan Tovuz”un 5 futbolçusu sarı vərəqə aldığına görə klub 700 manat cərimə edilib.

“Kəpəz” – “Sabah” matçında “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə Gəncə təmsilçisi 700 manat cərimələnib.

“Qarabağ” – “Qəbələ” görüşü başa çatdıqdan sonra meydançaya kənar şəxs daxil olduğuna görə "Qarabağ" 800 manat cərimə edilib.

Digər Xəbərlər
Xəbər Lenti