
Azərbaycan Premyer Liqasında 15-ci tura yekun vurulub.
Sportinfo TV-nin aparıcı eksperti Elçin Cəfərov geridə qalan tura aid şərhlərlə diqqət çəkib.
O , “Qarabağ”ın çempionatın üzərində bir heyətə və futbola malik olduğunu diqqətə çatdıraraq “Kəpəz”-“Sabah” matçına toxunub:
“Masazır klubunun oynadığı futbol hələ ki Murad Musayevin arzuladığı oyun deyil. Görünən odur ki, qış fasiləsində komanda heyətini ən azından iki futbolçu ilə gücləndirməlidir.
Xüsusilə, hücum gücü ötən mövsümdə olduğu kimi deyil. Bu da rusiyalı çalışdırıcını narahat edir”.
Tanınmış jurnalist “Neftçi” – “Zirə” matçı barədə danışarkən maraqlı fikirlər səsləndirib. Qeyd edib ki, paytaxt klubu qalib gəlsə də, hələ oyun planına irəliləyiş yoxdur:
“Komandanın yavaş-yavaş Mutuya olan ümidləri tükənmək üzrədir. Dəyişən bir şey yoxdur.
Burada təkcə Mutunu günahlandırmaq düzgün olmazdı, ona cavabdeh olanlar da öz “paylarını” almalıdırlar”.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN: