
Premyer Liqanın 15-ci turu iki nəfər üçün tamaşa meydanı olacaq.
Nə möcüzədirsə, bu həftəsonu baş tutacaq 5 oyunda cəmi bir məşqçi və bir futbolçu cəzalı durumdadır. Hər ikisi də eyni komandadan.
Adətən, 5-6 futbolçu cəzalı duruma düşürdüsə, bu dəfəki vəziyyət kifayət qədər fərqlidir.
“Sumqayıt”lı Rövlan Muradov sarı vərəqə limitini doldurduğu üçün meydana çıxa bilməyəcək. “Kimyaçılar”ın baş məşqçisi Samir Abasov isə “Neftçi”ylə oyundan sonra etdiyi hərəkətə görə hələ də cəzasını çəkir.
Dekabrın 2-də “Araz-Naxçıvan” – “Səbail”, “Turan Tovuz” – “Sumqayıt”, ertəsi “Kəpəz” – “Sabah”, “Neftçi” – “Zirə”, dekabrın 4-də “Qarabağ” – “Qəbələ” görüşləri baş tutacaq.
HƏBİB / SPORTİNFO.AZ