“Qarabağ” yenə “söküb-dağıdacaq“? – GÜNÜN VİDEOsu

2 Oktyabr 2023 14:00 Premyerliqa 2 921
“Qarabağ” yenə “söküb-dağıdacaq“? – GÜNÜN VİDEOsu

Azərbaycan Premyer Liqasında 8-ci tura yekun vurulub.

Sportinfo TV-nin aparıcı-eksperti Elçin Cəfərov geridə qalan hesabat həftəsiylə bağlı şərhlərlə diqqət çəkib.

O, xüsusilə "Sabah"dakı problemlərdən tutmuş “Qarabağ”dakı yüksəlişlə əlaqəli maraqlı fikirlər səsləndirib.

Tanınmış jurnalist deyib ki, cari mövsüm əvvəlki illərə nisbətən çox maraqlı keçir:

“Səkkizinci turda maraqlı qarşılaşmalar izlədik. Əsas diqqətimi cəlb edən “Qarabağ”ın turlar ötdükcə formaya düşməsidir.

Bu, gözlənilən idi. Hadisələri qabaqlamaq istəməzdim, amma Ağdam klubu yenə favoritdir. Çünki çempioluqda əsas namizədləri, necə deyərlər, canları ilə əlləşir.

“Sabah”da Murad Musayevə qarşı çıxan futbolçular, “Neftçi”dəki qeyri-müəyyənliklər ağdamlılara imkanlar yaradır.

“Sabah”ın bu durumda olması çox təəssüfləndirir. Yəni, Murad Musayev nə vaxta kimi bütün günahları hakimlərin və futbolçuların üzərinə atacaq?”.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti