"Qarabağ" "Sumqayıt"ı darmadağın etdi - YENİLƏNİB

29 Sentyabr 2023 21:55 Premyerliqa 1 199
"Qarabağ" "Sumqayıt"ı darmadağın etdi - YENİLƏNİB

Bu gün Azərbaycan Premyer Liqasında VIII tura start veriləcək.

Sportinfo.az xəbər verir ki, açılış oyununda "Qarabağ" evdə "Sumqayıt"la üz-üzə gələcək.

"Azersun Arena"dakı qarşılaşma saat 20:00-da başlayacaq. Görüşü FIFA referisi Əliyar Ağayev idarə edəcək.

Ağdam klubu 13 xalla üçüncü, "gənclik şəhəri" təmsilçisi 8 xalla yeddinci pillədə qərarlaşıb.

Turun digər matçları 30 sentyabr və 1 oktyabrda keçiriləcək.r

20:00. “Qarabağ” – “Sumqayıt” 5:0

Qollar: Juninyo, 22, 26, Toral Bayramov, 42 (p), Leandro Andrade, 44, Abdullah Zubir, 50
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Teymur Teymurov, Rövşən Rəcəbov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
“Azersun Arena”

“Qarabağ”: 99. Andrey Lunyov, 5. Maksim Medvedev (k), 55. Bədavi Hüseynov, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 10. Abdullah Zubir, 66. Patrik Andrade, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 18. Olavio Juninyo, 15. Leandro Andrade

Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 20. Riçard Almeyda, 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 83. Nihad Quliyev, 90. Nəriman Axundzadə, 17. Hamidu Keyta, 11. Adama Diakabi, 2. Mateus Silva, 6. Julio Romao

Məşqçi: Elçin Rəhmanov

“Sumqayıt”: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 11. Kasimir Ninqa, 12. Abu Dosso, 4. İsa Suliman, 10. Kamran Aliev, 60. Tresor Mossi

Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 32. Murad Ağamalıyev, 6. Vüqar Mustafayev, 30. Kamran Quliyev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 58. Oktavio Manteka, 9. Erik Sorqa, 71. Masaki Murata

Məşqçi: Seymur Rəhimov

Digər Xəbərlər
Xəbər Lenti