“Qarabağ” bombardirini, “Zirə” əsas adamını itirdi – 8 futbolçu kənarda qaldı

27 May 2023 16:40 Premyerliqa 1 425
“Qarabağ” bombardirini, “Zirə” əsas adamını itirdi – 8 futbolçu kənarda qaldı

Premyer Liqanın sonuncu - 36-cı turu bir neçə futbolçu üçün tamaşa meydanı olacaq.

27-28 may tarixlərində keçiriləcək oyunları 8 futbolçu kənardan izləmək məcburiyyətindədir.

Cəzalılar “Sumqayıt”dan Todor Todoroski ilə Vüqar Mustafayev, “Sabah”dan Kristian Sebalyosla Anatoli Nuriyev, “Qarabağ”dan Ramil Şeydayev, “Səbail”dən Qoba Zakpa, “Zirə”dən Hamidu Keyta, “Kəpəz”dən Yeqor Xvalkodur.

Sarı vərəqə limitini dolduran sözügedən futbolçular sonuncu turda iştirak edə bilməyəcək.

Bu mənada yuxarıda adları çəkilən komandaların işinin çətinə düşəcəyini deməliyik. Çünki, cəzalı futbolçuların hər biri komandası üçün vacib fiqurdur.

Mayın 27-də “Sumqayıt” – “Zirə”, “Qəbələ” – “Kəpəz”, “Səbail” – “Şamaxı”, mayın 28-də “Neftçi” – “Sabah”, “Qarabağ” – “Turan Tovuz” oyunları baş tutacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti