"Zirə" və "Qəbələ" eyni gündə, eyni saatda… Sonuncu turun proqramı

23 May 2023 11:00 Premyerliqa 1 055
"Zirə" və "Qəbələ" eyni gündə, eyni saatda… Sonuncu turun proqramı

Azərbaycan Premyer Liqasında XXXVI turun oyun cədvəli açıqlanıb.

Sportinfo.az xəbər verir ki, iki günü əhatə edəcək turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

2022/2023 mövsümünün çempionu “Qarabağ”, eləcə də, müvafiq olaraq 2-ci və 3-cü yerlərin sahibi “Sabah”la “Neftçi” medallarını son turun oyunundan sonra “Azersun Arena”da təşkil olunacaq mükafatlandırma mərasimində alacaqlar.

27 may (şənbə)

“Sumqayıt” – “Zirə”
“Kapital Bank Arena”, 17:30

“Qəbələ” – “Kəpəz”
Qəbələ şəhər stadionu, 17:30

“Səbail” – “Şamaxı”
“ASCO Arena”, 20:00

28 may (bazar)

“Neftçi” – “Sabah”
“Bakcell Arena”, 17:00

“Qarabağ” – “Turan Tovuz”
“Azersun Arena”, 19:30

Digər Xəbərlər
Xəbər Lenti