“Kəpəz” “Neftçi”yə məğlub oldu - YENİLƏNİB

21 May 2023 19:55 Premyerliqa 1 145
“Kəpəz” “Neftçi”yə məğlub oldu - YENİLƏNİB

Azərbaycan Premyer Liqasında XXXV tura start verilib.

Sportinfo.az xəbər verir ki, turun açılış matçı Qəbələdə oynanılıb.

Stadionu təmirdə olan “Kəpəz” bu şəhərdə “Neftçi” ilə qarşılaşıb.

Görüş bakılıların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda hesabı “Kəpəz” açıb. Abdullah Şuaybu 45+3-cü dəqiqədə fərqlənib.

“Neftçi” 65-ci dəqiqədə Ata Caber, 89-cu dəqiqədə Ömər Buludov, 90+4-cü dəqiqədə isə Kilan Lebonun qolları ilə qələbəni təmin edib.

Qeyd edək ki, bir neçə tur öncədən bürünc medalları təmin edən “Neftçi” xallarının sayını 65-ə yüksəldib. “Kəpəz” isə 30 xalla 7-cidir.

21 may

18:00 "Kəpəz" – "Neftçi" 1:3

Hakimlər: Kamran Əliyev, Akif Əmrəli, Eyyub İbrahimov, Emin Əliyev
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
VAR: Rauf Cabarov
AVAR: Pərvin Talıbov
Qəbələ şəhər stadionu

Qollar: Abdullah Şuaybu, 45+3 - Ataa Caber, 65, Ömər Buludov, 87, Kilan Lebon, 90+4

"Kəpəz”: 68. Orxan Sadıqlı, 74. Yusif Nəbiyev (k), 70. Nicat Süleymanov, 14. Elçin Əlicanov, 77. Fərid Nəbiyev, 3. Abdulla Rzayev, 40. Ahmed Ayzaya, 78. Yeqor Xvalko, 7. Giorgi Kantariya, 21. Martins Junior,19. Abdullahi Şuaybu

Ehtiyat oyunçular: 71. Mario Mustapiç, 8. Tural Axundov,80. Tural Rzayev,2. Zamiq Əliyev, 5. İdris İnqilablı, 27. Samir Məhərrəmli, 91. Nizami Səmədov, 20. Mahir Həsənov, 44. Nihat Fərəci, 66. Arzu Atakişiyev, 10. Salif Sisse

Baş məşqçi: Tərlan Əhmədov

“Neftçi”: 1. İvan Brkiç, 3. Höccət Haqverdi, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 26. Ömər Buludov, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 6. Voyislav Stankoviç (k), 23. Ataa Caber, 22. Kilan Lebon, 77. Yeqor Boqomolski

Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 8. Emin Mahmudov, 2. Mert Çelik, 84. Hüseyn Babayev, 41. Samir Həsənov, 91. Ağadadaş Salyanskiy, 10. Sezar Meza Kolli, 4. Solomon Kverkveliya, 9. Mateus Saldanya

Baş məşqçi: Laurentsiu Regekampf

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!