AFFA-dan ikibaşlı ismarıclar - Premyer Liqada 12 klub olacaq? - VİDEO

19 May 2023 09:40 Premyerliqa 1 104
AFFA-dan ikibaşlı ismarıclar - Premyer Liqada 12 klub olacaq? - VİDEO

Bir neçə gün əvvəl AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib.

Toplantıda 2023/2024 mövsümündə avrokuboklarda və Azərbaycan Premyer Liqasında iştirak üçün müraciət etmiş klubların sənədlərinə baxılıb.

UEFA-nın klub yarışlarına qatılmaq məqsədi ilə "Qarabağ", “Sabah”, "Neftçi", “Zirə” və "Qəbələ"yə lisenziya verilib. Əvəzində “Turan Tovuz” və “Səbail” eyni lisenziyanı ala bilməyiblər.

Premyer Liqada iştirak üçün isə “Turan Tovuz”, “Səbail”, “Sumqayıt”, “Kəpəz”, “Şamaxı" və I Diviziondan "Araz-Naxçıvan" ilə “Zaqatala” müvafiq lisenziyaya sahib çıxıblar.

Aşağı dəstənin digər təmsilçiləri olan “İmişli”, “Mingəçevir”, “MOİK” və “Qaradağ Lökbatan” müsbət cavab ala bilməyib.

Futbol eksperti Emin Abbasov Lisenziya Komissiyasının bu qərarlarının üzərindən açıqlama verən AFFA-nın baş katibi Sərxan Hacıyevi sərt tənqid edib.

O, Premyer Liqanın növbəti mövsümündə neçə klubun yarışacağı haqda suala birmənalı cavab verməyən federasiya mənsubunu “ağ yuyub, qara sərib“.

Bildirib ki, AFFA gündə bir fikrə düşür və Premyer Liqanın ciddi yarış statusuna kölgə salır.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 03:00 Nicat heç-heçə etdi