"Neftçi"nin keçmiş rəisi deputatlığa namizəd oldu

5 Yanvar 2020 21:40 Neftçi 1 934
"Neftçi"nin keçmiş rəisi deputatlığa namizəd oldu

Fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.

Sportinfo.az-ın məlumatına görə, "Neftçi"nin sabiq rəisi Güloğlan Cabbarov da deputat olmaq iddiasındadır.

O, 19 saylı Nərimanov 1-ci seçki dairəsindən öz namizədliyini irəli sürüb.

Cabbarov 2011-2013-cü illər aralığında paytaxt klubunda fəaliyyət göstərib. Ölkə kubokunun "Xəzər Lənkəran" - "Neftçi" finalında yaşanan məlum qalmaqallı olaydan sonra Cabbarov istefa vermişdi.

Digər Xəbərlər
Xəbər Lenti