Peşəkar Futbol Liqasının (PFL) ekspert qrupu Yevlaxa səfər edib.
Ölkə çempionatının təşkilatçısı olan qurumun nümayəndələri stadiona hərtərəfli baxış keçirib.
PFL-in təmsilçiləri 5 aya yaxındır arenada görülən yenidənqurma işlərini dəyərləndirib.
İki dəfə dəyişdirilən süni qazonun vəziyyəti məqbul hesab olunub.
Bakıdan gələnlər yalnız paltardəyişmə otaqlarınıda müəyyən çatışmazlıqlar aşkarlayıb. «Karvan» tərəfinə bildirilib ki, xırda nöqsanları aradan qaldırsalar, komanda növbəti ev oyununu doğma publika önündə keçirə bilər.
Bu isə noyabrın 21-nə təsadüf edəcək. Həmin gün çempionatda ikinci dövrə start götürəcək. «Sarvanlar» qeyd olunan tarixdə «Kəpəz»lə qarşılaşacaq.
SPORTİNFO.AZ

