"Neftçi" 2021-ci ilə "Kəpəz" qələbəsiylə başladı

10 Yanvar 2021 17:00 Neftçi 834
"Neftçi" 2021-ci ilə "Kəpəz" qələbəsiylə başladı

"Neftçi" qış təlim-məşq toplanışında ilk oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, rəqib I Divizion təmsilçisi "Kəpəz" olub.

"Tutbol Mərkəzi”ndə təşkil olunmuş qarşılaşma paytaxt təmsilçisinin qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 78-ci dəqiqədə çempionatın bombardiri Namik Ələskərov vurub. O, ikinci hissədə meydana daxil olaraq, fərqlənməyi bacarıb.

Qarşılaşma həm də "Neftçi"nin qapıçısı Səlahət Ağayevin uzun fasilədən sonra yaşıl meydanlara qayıdışı ilə əlamətdar olub.

Bu, qış fasiləsində Azərbaycan klublarının ifasında ilk yoxlama oyunu olub

Digər Xəbərlər
Xəbər Lenti