Ermənistan Arazdəyəndəki zavodun başqa yerə köçürüldüyünü təsdiq etdi

31 Oktyabr 2023 18:30 Hadisə 539
Ermənistan Arazdəyəndəki zavodun başqa yerə köçürüldüyünü təsdiq etdi

Ermənistan Azərbaycanla sərhəddə yerləşən Arazdəyən bölgəsində inşa edilən metallurgiya zavodunun başqa əraziyə köçürüldüyünü təsdiq edib.

Bbu barədə ölkənin iqtisadiyyat naziri Vaan Kerobyan parlamentdə danışıb.

Onun sözlərinə görə, sözügedən zavod hazırkı yerindən çox da uzaq olmayan əraziyə köçürüləcək.

Erməni nazir zavodun köçürülməsi və tikinti prosesinin davam etdirildiyini də əlavə edib.

“Erməni-amerikan” metallurgiya zavodunun köçürülməsi barədə məlumat ilk olaraq sentyabr ayında yayılıb. Bu zaman Ermənistan İqtisadiyyat Nazirliyi zavodun köçürülməsi barədə erməni KİV-də yayılan bu məlumatları nə təkzib, nə təsdiq etmişdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 20:00 Çək və bizə göndər!